Azərbaycan əsas ixrac bazarına yonca satışını kəskin artırıb
- 27 aprel, 2023
- 12:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 78,2 min ABŞ dolları dəyərində 72,8 ton yonca toxumu (əkin üçün qarayonca və üçyarpaq yonca) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19,2 %, kəmiyyət olaraq – 10,6 % çoxdur.
Hesabat dövründə Özbəkistana 34,03 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 86,2 % çoxdur) 41 ton (+86,4 %), Qırğızıstana 23,1 min ABŞ dolları dəyərində (dəyişməyib) 22 ton (dəyişməyib) və Gürcüstana 21,1 min ABŞ dolları dəyərində 9,8 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycandan (4 ölkəyə) ixrac edilən 454 ton yoncanın 57 %-i Özbəkistanın payına düşüb.