Azərbaycan Danimarkadan mal-qara alışını bərpa edib

ASK
  • 08 may, 2023
  • 11:23
Azərbaycan Danimarkadan mal-qara alışını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 2,57 milyon ABŞ dolları dəyərində 776 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,7 %, kəmiyyət olaraq – 5,8 % azdır.

Hesabat dövründə Azərbaycan Uruqvaydan 1,283 milyon ABŞ dolları dəyərində 370 ədəd (bir il əvvəl tədarük olmayıb), Danimarkadan 573,39 min ABŞ dolları dəyərində 170 ədəd, Estoniyadan 326 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 61 % azdır) 98 ədəd (-62 %), Türkiyədən 204 min ABŞ dolları dəyərində (+3,1 dəfə) 74 ədəd (+3,4 dəfə) və Almaniyadan 181 min ABŞ dolları dəyərində (+13 dəfə) 64 ədəd (+9,1 dəfə) mal-qara alıb.

Bir il 2 aylıq fasilənin ardından Azərbaycan Danimarkadan mal-qara idxalını bərpa edib.