Azərbaycan daha bir ölkəyə üzüm ixrac etməyə başlayıb

ASK
  • 07 dekabr, 2022
  • 12:39
Azərbaycan daha bir ölkəyə üzüm ixrac etməyə başlayıb

Bu ilin 3 rübü ərzində Azərbaycan 4,687 milyon ABŞ dolları dəyərində 7 min 288 ton üzüm (təzə) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,6 %, kəmiyyət olaraq – 3,2 % çoxdur.

Rusiyaya 4,519 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14,4 % çoxdur) 7 min 119 ton (+16 %), Ukraynaya 144,22 min ABŞ dolları dəyərində (-70 %) 128,5 ton (-86 %), Belarusa 22,27 min ABŞ dolları dəyərində 37,3 ton və Qazaxıstana 1,34 min ABŞ dolları dəyərində (+1,5 %) 3,36 ton (+14 %) məhsul göndərilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusa tədarük həyata keçirilib.

Hesabat dövründə Azərbaycana 98,2 min ABŞ dolları dəyərində (+42,3 %) 109,1 ton (+58 %) üzüm (təzə) idxal edilib.

Çilidən 26,22 min ABŞ dolları dəyərində (+22,7 %) 26,22 ton (+22,8 %), Rusiyadan 25,37 min ABŞ dolları dəyərində 36,24 ton (5 ildən sonra tədarük bərpa edilib), Cənubi Afrika Respublikasından 12,98 min ABŞ dolları dəyərində (-33,3 %) 12,98 ton (-33,1 %), İrandan 11,95 min ABŞ dolları dəyərində 11,95 ton (bir il əvvəl tədarük olmayıb), Perudan 11,9 min ABŞ dolları dəyərində (-39 %) 11,9 ton (-37,3 %) məhsul alınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti