Azərbaycan daha bir ölkəyə fındıq ixracına başlayıb

ASK
  • 20 aprel, 2023
  • 05:39
Azərbaycan daha bir ölkəyə fındıq ixracına başlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 24,1 milyon ABŞ dolları dəyərində 4 min 960 ton meşə fındığı (qabıqlı və qabığı təmizlənmiş) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 1,6 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyaya 10,523 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 78 % çoxdur) 2 min 352 ton (+2,2 dəfə), Almaniyaya 5,241 milyon ABŞ dolları dəyərində (+21 %) 967 ton (+44 %), İtaliyaya 3,148 milyon ABŞ dolları dəyərində (-81 %) 577 ton (-78,8 %), İsveçrəyə 1,763 milyon ABŞ dolları dəyərində (+14 dəfə) 300 ton (+15 dəfə), Türkiyəyə 1,1 milyon ABŞ dolları dəyərində 222 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qırğızıstana (73,5 min ABŞ dolları dəyərində 15 ton) tədarük həyata keçirilib.