Azərbaycan daha bir ölkəyə alma tədarükünə başlayıb
- 28 dekabr, 2021
- 05:33
2021-ci ilin ilk 10 ayı ərzində Azərbaycandan xaricə 27,6 milyon ABŞ dolları dəyərində 51 min 392,57 ton alma göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 30,2 %, kəmiyyət olaraq – 0,39 % artıb.
Bu il Azərbaycandan 11 ölkəyə alma ixrac edilib. İki il 4 aylıq aradan sonra Əfqanıstana, üç il 5 aylıq fasilənin ardından Qətərə tədarük bərpa olunub. Bu il ilk dəfə olaraq Azərbaycandan Monqolustana alma ixrac olunub.
2021 ci ilin yanvar-oktyabr aylarında alma ixrac etdiyimiz əsas ölkələr – TOP-5:
| Ölkə | Həcm, ton | İllik dinamika | Dəyər, min ABŞ dolları | İllik dinamika |
| Rusiya | 48 369,56 | 1,87 % | 26 703,8 | 34,51 % |
| Qazaxıstan | 2 338,89 | -0,62 % | 673,35 | 0,27 % |
| Qətər | 54 | - | 50,22 | - |
| İran | 186,64 | -38,83 % | 42,09 | -64,03 % |
| Türkmənistan | 153,6 | -56,77 % | 39,38 | -55,66 % |
Hesabat dövründə ölkəmizə xaricdən 114,2 min ABŞ dolları dəyərində 226,05 ton alma tədarük olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 71,55 % və 55,88 % azdır. Rusiyadan 60,18 min ABŞ dolları dəyərində 148,56 ton, Gürcüstandan 54,02 min ABŞ dolları dəyərində 77,49 ton məhsul alınıb. Gürcüstandan idxal müvafiq olaraq 82,18 % və 79,28 % azalıb. Ötən il Rusiyadan alma tədarük olunmayıb.