Azərbaycan daha bir ölkədən bibər tədarük etməyə başlayıb

ASK
  • 09 sentyabr, 2022
  • 13:07
Azərbaycan daha bir ölkədən bibər tədarük etməyə başlayıb

Bu ilin I yarısında Azərbaycana xaricdən 3,754 milyon ABŞ dolları dəyərində 5 min 339 ton bibər gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 20,4 %, kəmiyyət olaraq – 6 % çoxdur.

İrandan 3,199 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 52 % çoxdur) 4 min 571 ton (+35 %), Türkiyədən 516,1 min ABŞ dolları dəyərində (-49 %) 735,9 ton (-55,4 %), Rusiyadan 35,62 min ABŞ dolları dəyərində 28,85 ton, Niderlanddan 2,62 min ABŞ dolları dəyərində (+262 dəfə) 3,73 ton (+373 dəfə) və İtaliyadan 0,05 min ABŞ dolları dəyərində (dəyişməyib) 0,01 ton (dəyişməyib) məhsul idxal edilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Rusiyadan tədarük həyata keçirilib.

Hesabat dövründə Azərbaycan xaricə (bir əvvəl də olduğu kimi Rusiyaya) 89,65 min ABŞ dolları dəyərində 74,7 ton bibər satıb ki, bu da ötən ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 13 dəfə və 9,4 dəfə çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti