Azərbaycan Çexiya və Slovakiyadan gübrə alışını kəskin artırıb
- 25 may, 2023
- 08:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 14,26 milyon ABŞ dolları dəyərində 21 min 882 ton gübrə (orqanik gübrələrdən başqa) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 41 % çoxdur.
Hesabat dövründə Azərbaycana Rusiyadan 9,744 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 % çoxdur) 17 min 963 ton (+38 %), Çexiyadan 791 min ABŞ dolları dəyərində (9,3 dəfə) 742 ton (8 dəfə), Slovakiyadan 767 min ABŞ dolları dəyərində (+8 dəfə) 864 ton (+5 dəfə), Türkiyədən 663 min ABŞ dolları dəyərində (-25 %) 271 ton (-51 %), Çindən 563,2 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 312 ton (+9 %) məhsul gətirib.
2022-ci ildə Azərbaycana idxal edilən (33 ölkədən) 103 min 315 ton gübrənin (orqanik gübrədən başqa) 83,4 %-i Rusiyanın payına düşüb.