Azərbaycan Baltikyanı ölkələrdən torf alışını kəskin artırıb
- 29 may, 2023
- 08:30
Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 699 min ABŞ dolları dəyərində 3 min 581 ton torf (torf qırıntısı da daxil olmaqla) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 56,4 %, kəmiyyət olaraq – 38,5 % çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstandan 233 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 53,3 % çoxdur) 2 min 330 ton (+53,2 %), Latviyadan 154 min ABŞ dolları dəyərində (+2 dəfə) 414,3 ton (+2,1 dəfə), Estoniyadan 99 min ABŞ dolları dəyərində (+90,4 %) 215,3 ton (+52 %), Litvadan 98,23 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 323 ton (+71 %), Rusiyadan 34,24 min ABŞ dolları dəyərində (+10 dəfə) 142,1 ton (+12 dəfə) məhsul alıb.
2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilən 2,02 milyon ABŞ dolları dəyərində torfun 33,8 %-i Gürcüstanın, 17,6 %-i Latviyanın, 12 %-i Litvanın, 10,5 %-i Estoniyanın payına düşüb.