Azərbaycan Argentinadan soya tədarükünü bərpa edib

ASK
  • 14 aprel, 2025
  • 15:42
Azərbaycan Argentinadan soya tədarükünü bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1,761 milyon ABŞ dolları dəyərində 3 055 ton soya paxlası idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 52 % azdır.

Hesabat dövründə Azərbaycan Ukraynadan 1,64 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 59 % çoxdur) 2 805 ton (+81 %), Argentinadan 121,49 milyon ABŞ dolları dəyərində 248,28 ton və Hindistandan 1,32 min ABŞ dolları dəyərində 1,04 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Azərbaycan 2 il 1 aylıq fasilənin ardından Argentinadan soya tədarükünü bərpa edib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 16 217 ton soyanın 80 %-i Ukraynanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti