Azərbaycan 9-cu Berlin Kənd Təsərrüfatı Nazirlərinin Konfransında təmsil olunub

Azərbaycan 9-cu Berlin Kənd Təsərrüfatı Nazirlərinin Konfransında təmsil olunub Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
ASK
23 Yanvar , 2017 19:57
Azərbaycan 9-cu Berlin Kənd Təsərrüfatı Nazirlərinin Konfransında təmsil olunub

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın paytaxtı Berlində keçirilən “Beynəlxalq Yaşıl Həftə” sərgisi çərçivəsində təşkil edilmiş Ərzaq və Kənd Təsərrüfatı Qlobal Forumu və 9-cu Berlin Kənd Təsərrüfatı Nazirlərinin Konfransında iştirak edib.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, Azərbaycan nümayəndə heyəti “Beynəlxalq Yaşıl Həftə” sərgisinin rəsmi açılış mərasimində iştirak edib və bir sıra ikitərəfli görüşlər keçirib. Tədbir çərçivəsində S. Talıbov 20-yə yaxın Azərbaycan şirkətinin təmsil olunduğu stendin açılışını edib və sərgi ilə yaxından tanış olub. Bununla yanaşı, S. Talıbov “Kənd Təsərrüfatı və Su” mövzusuna həsr olunmuş Ərzaq və Kənd Təsərrüfatı Qlobal Forumu çərçivəsində təşkil olunmuş 9-cu Berlin Kənd Təsərrüfatı Nazirlərinin Konfransında iştirak edib. Konfransın sonunda qeyd olunan mövzu üzrə yekun Bəyannamə qəbul olunub.

Həmçinin nümayəndə heyəti səfər çərçivəsində Almaniyanın Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Katibi Peter Belezer, Belarusun Kənd təsərrüfatı nazirinin birinci müavini Leonid Mariçin, Türkiyənin Kənd təsərrüfatı nazrinin müavini Mehmet Daniş və FAO-nun baş katibi Xose Qraziano da Silva ilə bir sıra ikitərəfli görüşlər keçirib. Keçirilmiş görüşlər zamanı kənd təsərrüfatının müxtəlif sahələri, birgə aqrar sənaye komplekslərinin yaradılması, idxal və ixracın təşviqi, aqrar sahədə yeni layihələrin həyata keçirilməsi üzrə növbəti addımların müəyyən olunması və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi