Assosiasiya sədri: “Azərbaycan narının Avropa və Fars körfəzi ölkələrinə ixracı artırılmalıdır”

Assosiasiya sədri: “Azərbaycan narının Avropa və Fars körfəzi ölkələrinə ixracı artırılmalıdır” Azərbaycan narını ənənəvi bazarlarla yanaşı Avropa və Fars körfəzi ölkələrinə ixracının artırılması əsas məqsədlərdən biridir.
ASK
24 Dekabr , 2024 14:09
Assosiasiya sədri: “Azərbaycan narının Avropa və Fars körfəzi ölkələrinə ixracı artırılmalıdır”
Fərhad Qaraşov

Azərbaycan narını ənənəvi bazarlarla yanaşı Avropa və Fars körfəzi ölkələrinə ixracının artırılması əsas məqsədlərdən biridir.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.

“Bunun üçün biz davamlı olaraq ticarət razılaşmalarının artırılması, xarici alıcıların birbaşa marağının artırılması üçün görüşlər keçiririk. Lakin ixrac zamanı nəqliyyat xərclərinin yüksək olması, xüsusilə son zamanlarda regionda artan müharibə dalğalarının müşahidə edilməsi ixracatçılara ciddi çətinliklər törədir”, - o vurğulayıb.

F.Qaraşovun sözlərinə görə, Azərbaycan narı üçün marka dəyəri yaratmaq və dünya bazarında tanıtmaq məqsədilə əsasən böyük beynəlxalq sərgilərdə iştirak, xüsusi pavilyonların yaradılması, ticarət evlərin davamlı olaraq bu istiqamətdə işlərin aparılması vacib amildir: “Həmçinin buna ixrac bazarlarında reklam kampaniyalarının aparılması və rəqabətə davamlı keyfiyyətli məhsul istehsalının artırılması ilə nail ola bilərik”.

Assosiasiya sədri deyib ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan narının ixracı 29 min 359,6 tona çataraq ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % artıb: “Ötən illərə nəzər saldıqda ümumilikdə 15 ölkəyə ixracımız olub. Qeyd edək ki, fermerlərimiz hələ də bəzi bağlarda yığım prosesini yekunlaşdırmayıb. 2025-ci il üçün hava şəraiti və bağ sahələrinin ümumi həcmlərindən asılı olaraq bu rəqəmlər dəyişə bilər”.

Son xəbərlər

Orphus sistemi