Argentina Azərbaycana qoz tədarük etməyə başlayıb

ASK
  • 10 mart, 2022
  • 13:22
Argentina Azərbaycana qoz tədarük etməyə başlayıb

2021-ci il ərzində Azərbaycan xaricdən 12,58 milyon ABŞ dolları dəyərində 4 min 381,79 ton qoz (qabıqlı və qabığı təmizlənmiş) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 35,2 %, kəmiyyət olaraq - 37,8 % çoxdur.

Hesabat dövründə Ukraynadan 8,63 milyon ABŞ dolları dəyərində 2 min 799,25 ton, Özbəkistandan 1,26 milyon ABŞ dolları dəyərində 222,05 ton, Rusiyadan 1,21 milyon ABŞ dolları dəyərində 900,56 ton, Amerika Birləşmiş Ştatlarından 443,02 min ABŞ dolları dəyərində 172,14 ton, Çilidən 423,43 min ABŞ dolları dəyərində 122,36 ton məhsul tədarük edilib.

2020-ci ilin göstəriciləri ilə müqayisədə Ukraynadan idxal müvafiq olaraq 2 % artıb və 5,6 % azalıb, Özbəkistandan – 2,3 dəfə və 2,2 dəfə artıb, Amerika Birləşmiş Ştatlarından – 44,5 dəfə və 45 dəfə artıb, Çilidən – 2,9 dəfə və 3,1 dəfə artıb.

İki il 5 aylıq fasilənin ardından Çindən tədarük bərpa edilib. Ötən il son 10 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan Argentinadan qoz alıb. Bu ölkələrdən müvafiq olaraq 292,96 min ABŞ dolları dəyərində 80,9 ton və 133,31 min ABŞ dolları dəyərində 42 ton məhsul idxal edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti