"Akkord" korporasiyasına məxsus 2 müəssisə birləşib

"Akkord" korporasiyasına məxsus 2 müəssisə birləşib Şirkətin beton zavodu sement zavoduna qoşulub
ASK
127
28 Sentyabr , 2016 09:43
Akkord korporasiyasına məxsus 2 müəssisə birləşib

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə məxsus 2 müəsssisə birləşib.

Bu barədə "Report"a Vergilər Nazirliyindən bildirilib.

Məlumata görə, "Akkord Beton" MMC "Qazax Sement Zavodu" MMC-yə qoşulub.

Xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 74,113 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 17,5 manat olan 4,235 mln. səhm əsasında formalaşıb. Səhmlərin 51%-i "VIP Estate" MMC-yə, 49%-i isə Dərya Müsəllim oğlu Vəliyeva məxsusdur.

Son xəbərlər

Orphus sistemi