Macarıstan Azərbaycanın kənd təsərrüfatında yeni texnologiyaların tətbiqini təklif edir

Macarıstan Azərbaycanın kənd təsərrüfatında yeni texnologiyaların tətbiqini təklif edir Macarıstan kənd təsərrüfatının müxtəlif sahələrində faydalı ola biləcək yeni texnologiyaların tətbiqi sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.
ASK
25 Aprel , 2024 12:03
Macarıstan Azərbaycanın kənd təsərrüfatında yeni texnologiyaların tətbiqini təklif edir

Macarıstan kənd təsərrüfatının müxtəlif sahələrində faydalı ola biləcək yeni texnologiyaların tətbiqi sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

“Report” xəbər verir ki, bunu Macarıstan Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibinin beynəlxalq əlaqələr üzrə müavini Oskar Okros (Oszkár Ökrös) Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası zamanı deyib.

“Əvvəlki çıxışçıların artıq qeyd etdiyi kimi, iki ölkə arasında münasibətlər yaxşı səviyyədədir və daha sıx əlaqələri gücləndirmək imkanlarını nəzərdən keçiririk”, - o bildirib.

O. Okrosun sözlərinə görə, xarici işlər və ticarət naziri Peter Siyartonun bu səfəri Macarıstanın Azərbaycanla əməkdaşlığa nə qədər ciddi maraq göstərdiyini nümayiş etdirib: “Hesab edirik ki, bu münasibətlər bugünkü mürəkkəb qlobal siyasi vəziyyət fonunda həqiqətən dəyərlidir”.

Son xəbərlər

Orphus sistemi