Ağstafada sənaye parkının təməli qoyulub - FOTO

Ağstafada sənaye parkının təməli qoyulub - FOTO Layihənin icrası ilə 300 nəfər yeni işlə təmin ediləcək
ASK
17 İyun , 2016 14:49
Ağstafada sənaye parkının təməli qoyulub - FOTO

Ağstafa. 17 iyun. REPORT.AZ/ Ağstafa rayonunda sənaye parkının təməlqoyma mərasimi keçirilib. “Report”un Qərb bürosunun məlumatına görə, tədbirdə Ağstafa Rayon İcra hakimiyyətinin (RİH) başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, rayon ağsaqqalları və ziyalıları, yerli iş adamları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən M.Quliyev rayon sakinlərini belə böyük layihənin icrasının başlanması münasibəti ilə təbrik edib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq inşa olunan Ağstafa sənaye parkında kənd təsərrüfatı məhsulları tullantılarının emalı və üzvü kimyəvi məhsulların istehsalı müəssisəsi, 5-ci nəsil texnoloji idarəetməyə əsaslanan istixana kompleksi, inşaat materialları istehsalı müəssisəsi, plastik tullantıların təkrar emalı müəssisəsi və 200 hektar ərazisi olan üzüm, ərik, xurma və digər meyvə bağları, soyuducu anbar kompleksi və hazır məhsulun satış xidməti mərkəzi fəaliyyət göstərəcək.

İcra başçısı qeyd edib ki, layihənin icra edilməsi nəticəsində 300 nəfər yeni işlə təmin ediləcək, mövsümü işlərə isə 1000 nəfərin cəlb ediləcəyi gözlənilir: “Bakı-Qazax avtomobil yolunun kənarında inşa edilən sənaye parkının ərazisində böyük abadlıq və yaşıllıq işləri aparılacaq və gələcəkdə yeni otel infrastrukturunun yaradılması da həyata keçiriləcək. Bu layihə ilə yanaşı rayonda taxıl və un məmulatları kombinatının tikintisi işləri də başlanmışdır. Həmçinin rayonda yeni xalçaçılıq müəssisəsinin yaradılması istiqamətində təşkilati tədbirlər həyat keçirilir”.

Layihənin icraçısı “Karvan-L” şirkətinin rəhbəri Əbülfəz Qafarov Azərbaycanda iş adamlarına göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, “Karvan-L”Eko MMC sənaye parkı layihəsi Prezident İlham Əliyevin regionlarda sənaye məhəllələrinin yaradılması və iş adamlarının bölgələrdə biznes layihələrinin icrası barədə tapşırığına uyğun olaraq həyat keçirilir: “Sənaye parkında nəzərdə tutulan bir neçə müəssisənin yaxın iki ay ərzində istifadəyə verilməsi nəzərdə tutulur. Bu müəssisələrin istifadəyə verilməsi ilə yüzlərlə ailə daimi işlə təmin olunacaq, sənaye sahəsi ilə yanaşı aqrar sektorun da inkişafına təkan olacaq. Burada istehsal olunan məhsullar həm yerli bazara çıxarılacaq, həm də ixrac üçün nəzərdə tutulur”.

Son xəbərlər

Orphus sistemi