​Ərzaq məhsullarının qiymətləri ucuzlaşıb

ASK
  • 09 sentyabr, 2014
  • 11:29
​Ərzaq məhsullarının qiymətləri ucuzlaşıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri, o cümlədən qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, bəzi ərzaq məhsullarının qiymətləri isə 0,1% ucuzlaşıb.

Bu barədə “Report”a Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə ay ərzində qarabaşaq yarmasının, toyuq ətinin, yumurtanın, balıq məhsullarının, günəbaxan yağının, almanın, armudun, gavalının, şaftalının, üzümün, bibərin, badımcanın, balqabağın, soğanın qiymətlərində ucuzlaşma müşahidə edilib.

Digər statistik məlumatlara görə isə düyünün, unun, qoyun ətinin, südün, kərə yağının, limonun, bananın, fındığın, qozun, şabalıdın, kələmin, göyərtinin, xiyarın, göy lobyanın, kökün, çuğundurun, sarımsağın, kartofun, şəkər və şəkər tozunun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti