Yıxılan “pəhləvan”ın yenidən güləşmək azarı - indi Azərbaycanın fəndləri daha öldürücüdür

Yıxılan “pəhləvan”ın yenidən güləşmək azarı - indi Azərbaycanın fəndləri daha öldürücüdür “Ermənistanın baş naziri Nikol Paşinyanın ötəngünkü açıqlaması bir daha onu sübut edir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda maraqlı deyil”.
Analitika
2 Sentyabr , 2023 16:04
Yıxılan “pəhləvan”ın yenidən güləşmək azarı - indi Azərbaycanın fəndləri daha öldürücüdür

“Ermənistanın baş naziri Nikol Paşinyanın ötəngünkü açıqlaması bir daha onu sübut edir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda maraqlı deyil”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O xatırladıb ki, Ermənistanın hökumət başçısı əvvəllər dəfələrlə bölgədə sülhün bərqərar edilməsində maraqlı olduğunu açıqlayıb, amma indi onun bəyanatlarının arxasında xoş niyyət deyil, saxtakarlıq dayandığı üzə çıxır:

“Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan etsə də, bununla bağlı sənədi imzalamaqdan boyun qaçırır. Bu da onu göstərir ki, o, bu bəyanatları beynəlxalq ictimaiyyəti aldatmaq üçün verib. Bu açıqlama hökumət başçısının 44 günlük müharibədən əvvəl verdiyi açıqlamaya bənzəyir. O zaman demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Nəticə etibarı ilə o zamankı danışıqlar prosesini sıfıra endirmişdi. Bundan sonra isə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyümüzü bərpa etdik və Ermənistanın işğalçılıq siyasətinə son qoyduq”.

Deputat qeyd edib ki, hazırkı açıqlamalar da Ermənitsanın Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmədiyini göstərir: “Paşinyan əvvəl Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə verdiyi bəyanatla özünü elə göstərirdi ki, guya sülhdə maraqlıdır. Onun sonuncu açıqlaması bütövlükdə beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Çünki Qarabağ Azərbaycanın tarixi torpağıdır. Burada yalnız Azərbaycan qanunları işləyəcək. Bunu Ermənistan da, onun havadarları da, erməni lobbisi də yaxşı bilməlidir. Belə açıqlamalar sadəcə Ermənistanı uçuruma aparır”.

Milli Məclisin üzvü söyləyib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yalnız ölkəmizin qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər qala bilərlər: “Azərbaycan müxtəlif səviyyələrdə bunu dəfələrlə bəyan edib. Bu şərti qəbul etməyənlər, öz qaydaları ilə yaşamağa çalışanlar üçün qapılar açıqdır, gedib harada istəsələr, yaşasınlar”.

C.Osmanov bildirib ki, Azərbaycan istənilən vaxt öz ərazilərində anti-terror əməliyyatı keçirməyə hazır və qadirdir: “Digər tərəfdən, Ermənistanın siyasi-diplomatik səhnədə, beynəlxalq aləmdə Azərbaycana qarşı törətdiyi bütün təxribatları iflasa uğrayıb. Azərbaycanın dəmir siyasi iradəsi var. Bu siyasi iradə qarşısında Ermənistanın bütün müstəvilərdə, o cümlədən siyasi-diplomatik müstəvidə apardığı yalan siyasəti, təxribatı iflasa uğrayıb. Ermənistanın, onun havadarlarının, erməni lobbisinin və qondarma separatçı rejimin ölkəmizə qarşı apardığı bütün təxribatlar iflasa məhkumdur. Azərbaycan ərazilərində yalnız öz qanunlarımız işləyir və hər zaman da belə olacaq”.

Son xəbərlər

Orphus sistemi