Yaxın iki ildə Türkiyədə dolların məzənnəsi 5 lirə həddini keçəcək

Yaxın iki ildə Türkiyədə dolların məzənnəsi 5 lirə həddini keçəcək Bu ay ərzində isə məzənnədə nisbi sabitlik gözlənilir
Analitika
16 May , 2017 12:26
Yaxın iki ildə Türkiyədə dolların məzənnəsi 5 lirə həddini keçəcək

Bakı. 16 may. REPORT.AZ/ Türkiyədə may ayının sonunadək ABŞ dollarının məzənnəsinin 3,50-3,60 TRY/USD diapazonunda hərəkət edəcəyi gözlənilir. Qlobal maliyyə bazarlarında dolların məzənnəsinin düşməsi nəzərə alınmaqla, Türkiyədə də dolların məzənnəsinin hər hansı bir fors-major halı olmaması şərtilə 3,50 TRY/USD-dən aşağı düşəcəyi gözlənilmir. 

"Report"un analitik qrupu qeyd edir ki, gələn ay, iyunun 13-14-də ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artıracağı gözləntiləri fonunda dolların dünya valyuta bazarında bir qədər güclənəcəyi proqnozlaşdırılır. Bu da Türkiyədə dolların bir qədər bahalaşmasına səbəb ola bilər. Lakin yay turizm mövsümünün gəlməsi ilə xarici valyuta axınının artması Türkiyədə dolların məzənnəsinin 3,60 TRY/USD səviyyəsini keçməsini əngəlləyəcək. 

Qeyd edək ki, dünən, mayın 15-də Türkiyə Mərkəzi Bankı (TCMB) ilin sonu üçün dolların məzənnəsini 3,80 TRY/USD səviyyəsində proqnozlaşdırdığını açıqlayıb. "Report"un analitikləri bildirirlər ki, Türkiyədə dolların məzənnəsinin gələn il 4 TRY/USD səviyyəsini keçməsi gözlənilir. 2019-cu ilə qədər isə məzənnə dünya bazarında dolların möhkəmlənməsi ehtimallarının artması ilə 5 TRY/USD səviyyəsini üstələyə bilər.

Son xəbərlər

Orphus sistemi