Türkiyədə keçiriləcək referendumun nəticələri lirənin məzənnəsinə təsir edəcək

Türkiyədə keçiriləcək referendumun nəticələri lirənin məzənnəsinə təsir edəcək Referendum qutusundan "Xeyr" çıxması bu ölkənin maliyyə aktivlərini ucuzlaşdıracaq
Analitika
15 Aprel , 2017 17:35
Türkiyədə keçiriləcək referendumun nəticələri lirənin məzənnəsinə təsir edəcək

Bakı. 15 aprel. REPORT.AZ/  Sabah Türkiyədə keçiriləcək ümumxalq səsverməsinin (referendum) nəticələri bu ölkədə ABŞ dollarının məzənnəsinə, fond birjasındakı vəziyyətə və maliyyə aktivlərinin dəyərinə ciddi təsir göstərəcək. 

"Report"un analitik qrupu hesab edir ki, referendum qutusundan "Bəli" çıxması bu ilin II yarısında iqtisadi islahatların davam etdirilməsinə səbəb olacaq. Bu gözlənti isə dolların məzənnəsinin 3,6 lirəyə enməsinə, fond birjası indeksinin 92 000 bəndə yüksəlməsinə, türk istiqrazlarının isə bahalaşmasına gətirib çıxaracaq.

Əks halda, Türkiyənin qısa müddətdə parlament seçkilərinə getməsi ehtimalı var ki, bu da dövlət büdcəsi xərclərini artıracaq, islahatları təxirə salacaq. Nəticədə, dolların məzənnəsi 3,90 lirəyə çata, fond birjası indeksi 82000 bəndə düşə, türk istiqrazları isə ucuzlaşa bilər. 

Son xəbərlər

Orphus sistemi