Türkiyədə dolların məzənnəsində sabitləşmə gözlənilir

Türkiyədə dolların məzənnəsində sabitləşmə gözlənilir "Report": Yaxın bir ildə inkişaf etməkdə olan ölkələrdə ciddi devalvasiya gözlənilmir
Analitika
17 Aprel , 2017 12:00
Türkiyədə dolların məzənnəsində sabitləşmə gözlənilir

Bakı. 17 aprel. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün, aprelin 17-də kəskin ucuzlaşaraq 3,62 TRY/USD səviyyəsinə qədər gerilədikdən sonra bir qədər yüksələrək 3,66 lirəyə çatıb. 

"Report"un analitik qrupu bildirir ki, dolların məzənnəsindəki artım qısamüddətli texniki hərəkətdir: "Hazırda dolların məzənnəsinin artması üçün heç bir siyasi-iqtisadi səbəb yoxdur. Yay aylarında isə turizm mövsümü ilə əlaqədar Türkiyəyə dollar axınının güclənməsi gözlənilir ki, bu da dolların məzənnəsini aşağı salacaq". 

Analitik qrup dolların məzənnəsinin yay aylarının sonuna qədər 3,60 TRY/USD səviyyəsindən də aşağı enəcəyini ehtimal edir. Ümumiyyətlə, yaxın bir il ərzində inkişaf etməkdə olan ölkələrin yerli valyutalarında ciddi devalvasiya gözlənilmir. Qlobal iqtisadiyyatda böhranın 2018-ci ilin II yarısından etibarən yenidən və daha ciddi şəkildə başlayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi