"Timsah göz yaşları"na inanmadılar: ABŞ Konqresində erməni lobbistlərin müvəffəqiyyətsizliyi

"Timsah göz yaşları"na inanmadılar: ABŞ Konqresində erməni lobbistlərin müvəffəqiyyətsizliyi Özünü "daim incidilmiş və əziyyət çəkən" hesab etməsi ilə tanınan erməni xalqı, dünyaya "ədalət" tələbləri ilə müraciət etməyə davam edir. Bu, nəsildən-nəsilə ötürülən milli mentalitetin ayrılmaz hissəsinə çevrilib ki, bu da ermənilərin özlərinə zərər ver
Analitika
19 Dekabr , 2024 17:57
Timsah göz yaşlarına inanmadılar: ABŞ Konqresində erməni lobbistlərin müvəffəqiyyətsizliyi

Özünü "daim incidilmiş və əziyyət çəkən" hesab etməsi ilə tanınan erməni xalqı, dünyaya "ədalət" tələbləri ilə müraciət etməyə davam edir.

Bu, nəsildən-nəsilə ötürülən milli mentalitetin ayrılmaz hissəsinə çevrilib ki, bu da ermənilərin özlərinə zərər verir, daha yaxşı gələcək qurmalarına mane olur. Yaşadığı yerdən asılı olmayaraq - istər Fransada, ABŞ-də, Afrikada və ya dünyanın hər hansı bir nöqtəsində millət nümayəndələri bunu öz birliyinin və kimliyinin əsası hesab edirlər.

Bu cür təzyiqin ən fəal və məşhur alətlərindən biri Amerika Erməniləri Milli Komitəsidir (ANCA). Təşkilat lobbiçilik fəaliyyətinə çox böyük vəsait xərcləyir və əlbəttə ki, bu onun şəxsi pulu deyil.

Bu və buna bənzər təşkilatların rəhbərliyi dünyanın hər yerində varlı və o qədər də zəngin olmayan ermənilərin "beyin yuyulması" ilə məşğul olur, milyonlarla ianə cəlb edir və həmin bədnam "ədalətə" nail olacaqlarına söz verirlər.

Lakin ANCA tərəfindən tarixi hadisələrin birtərəfli şərhinin təşviqi, ABŞ-də ictimai rəyin formalaşdırılması, ABŞ Konqresində və ölkənin digər dövlət orqanlarında qərar qəbuluna təsir göstərmək cəhdləri çox vaxt uğursuz olur. Ancaq erməni donorları qarşısında hesabat vermək və onların ianələrinin "ümummilli məqsəd" naminə necə səmərəli xərcləndiyini göstərmək lazımdır.

Nəticədə ANCA-nın sədri Raffi Hamparyan bu qəbildən bəyanatla çıxış edir. O şikayət edir ki, ABŞ Konqresinin Azərbaycana hərbi yardımı qanunvericilik çərçivəsində qadağan etmək üçün daimi səylərinə baxmayaraq, Senat tərəfindən qəbul edilmiş və Prezident Cozef Baydenin imzalanmasına göndərilmiş "2025-ci maliyyə ili üçün Milli Müdafiə Qanunu"nda (NDAA) Azərbaycana qarşı bir çox müddəalar əks olunmayıb.

Adi sakin haradan bilsin ki, Pentaqon büdcəsi belə bir şeyi özündə əks etdirə bilməz? Amma ay ermənilər, ödəməyə davam edin, ANCA yorulmadan çalışır və pullarınızı təyinatı üzrə xərcləyir...

"Güclü iki partiyalı dəstəyə" baxmayaraq, Nümayəndələr Palatasının Reqlament Komitəsi təklif olunan bütün erməniyönümlü və anti-Azərbaycan düzəlişlərini rədd edib.

Nəticə etibarilə yalnız erməni maraqları üçün "can yandıran" bir-iki konqresmen və senator Amerika maraqlarından çıxış edən çoxluğa qarşı dura bilmir.

Belə ki, Miçiqan ştatından olan demokrat senator Qeri Piters NDAA-nın Senat versiyasına Ermənistanla əməkdaşlığın genişləndirilməsi, o cümlədən təlimlər və təhlükəsizlik sahəsində digər əməkdaşlıq barədə müddəaların daxil edilməsini təmin edib.

Lakin ANCA məyusluqla bildirir ki, bu müddəa qanun layihəsinin yekun versiyasından çıxarılıb. Bununla belə, "o, strateji tərəfdaşlığa üstünlük verən və Ermənistanın sərhədlərinin təhlükəsizliyini təmin edən ABŞ-Ermənistan siyasətini təşviq etmək üçün Konqres və administrasiya ilə işləməyə sadiq qalır".

Beləliklə, əzab çəkməyə və göz yaşı tökməyə davam edin, amma ən əsası ödəyin, çünki ANCA və ona bənzər qurumlar nədənsə yaşamalıdırlar.....

Son xəbərlər

Orphus sistemi