Bakı. 7 dekabr. REPORT.AZ/ Rusiyanın Ermənistana acığı hələ soyumayıb.
Dekabrın 6-da MDB-yə üzv dövlətlərin qeyri-rəsmi sammitində yayılmış bəzi fotolar da bunu söyləməyə əsas verir. Bu yığıncaqda Nikol Paşinyana verilən oturacaq həm özünə, həm də təmsil etdiyi dövlətə göstərilən yer, başqa sözlə, onun MDB məkanındakı çəkisinin göstəricisi idi.
Bu toplantıyadək seçkiqabağı təbliğat kampaniyasındakı çıxışlarında Ermənistanın Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan populist bəyanatlar verirdi. O bildirirdi ki, Belarus Prezidenti Aleksandr Lukaşenkodan izahat istəyəcək, Rusiya ilə təbii qazın qiymətini müzakirə edəcək. Ancaq saxta gülüşü və oturduğu yerlə ona “hələ tezdir” mesajı verilib.
Bu yığıncaqdan əvvəl isə Avrasiya İqtisadi İttifaqının (Aİİ) zirvə toplantısı keçirilib.
Bu quruma sədrlik Ermənistana keçib. N.Paşinyan bu ittifaqın güclənməsi üçün çalışacaqlarını vurğulayıb. Ancaq 2017-ci il oktyabrın 4-də Ermənistan parlamentində ölkənin Avrasiya İqtisadi İttifaqından çıxması haqqında qanun layihəsi ilə bağlı müzakirələr keçirilmişdi. Onda "Çıxış” blokunun rəhbəri olan Nikol Paşinyan demişdi: “Avrasiya İqtisadi İttifaqına inteqrasiya Ermənistanın suverenliyinə mane olur. Burdan çıxdıqdan sonra dərhal
Ermənistanın Aİİ-dən çıxması haqqında qanun layihəsinin müəllifi müxalifətdə olan “Çıxış” blokunun irəli sürdüyü qanun layihəsinin əleyhinə 79 deputat, lehinə 10 deputat səs vermişdi. Onda hətta “Çıxış” fraksiyasından olan deputatların da bəziləri sənədin əleyhinə səs vermişdilər.
Həmin hadisələrdən bir ilə yaxın vaxt keçib. Nikol Paşinyan indi Rusiyanın liderliyi altında mövcud olan bu ittifaqdan ikiəlli yapışıb. Bu, onu deməyə əsas verir ki, ya Nikol Paşinyanın siyasi uzaqgörənliyi zəifdir, ya da Moskvanın qarşısında özünü at oynadan kimi göstərməyə çalışır.
Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə də problemi qalmaqdadır. Məsələnin kökündə yenə Paşinyan, ona dəstək verib, himayədarlıq edən qüvvələrlə Kreml arasında münasibətlərin gərginliyidir.
Məlumatlarda bildirilmişdi ki, bu təşkilatın zirvə tolantısı da dekabrın 6-da Sankt-Peterburqda keçiriləcək. Ancaq sonrada onun vaxtının dəyişdirliməsi barədə xəbər yayıldı. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov sammitin vaxtınn Ermənistanın xahişi ilə dəyişdirildiyini söyləmişdi.
Ermənistan Baş nazirinin mətbuat katibi Arman Yeqoyan isə Uşakovu təkzib edərək, ölkəsinin belə bir təkliflə çıxış etmədiyini bildirib. Hətta Sankt-Peterburqa səfər etməzdən bir gün əvvəl Nikol Paşinyan da bu barədə təklif vermədiklərini vurğulamışdı.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat katibinin bəyanatının həm forma, həm də məzmun baxımından narahatlıq doğurduğunu demişdi: “Rusiya prezidentinin köməkçisi Uşakovun sözləri təsdiqə ehtiyac duymur, Ermənistanın baş naziri vəzifəsi icraçısının mətbuat katibinin bəyanatı isə forma və məzmun baxımından narahatlıq doğurur”.
Nikol Paşinyanın Rusiyaya səfərindən əvvəl Moskvanı qıcıqlandıra biləcək daha iki hadisə baş verdi.
Belə ki, noyabrın 29-da Yerevanda Rusiyayönlülərlə qərbyönlülər arasında toqquşma olub. Yüzə yaxın kommunist Ermənistanın sovetləşməsinin 98 illiyini qeyd etmək istəyib. Onlar Respublika meydanı yaxınlığındakı heykəllərin önünə gül qoymaq isəyiblər. Bu zaman Avropayönlülər onlara hücum ediblər.
Tədbir Ermənistan Kommunist Partiyası tərəfindən təşkil edilib. Onlara Ermənistan Mütərəqqi Kommunist Birliyi Partiyası və Sosialist Yolu Partiyası da qoşulub.
Polisin müşahidəsi ilə Ermənistanın Avropaya inteqrasiyası tərəfdarları 102 saylı Rusiya hərbi bazasının ölkədən çıxarılması tələbi ilə əllərində şüar yürüş keçiriblər. Plakatda “Ermənistan azad deyil, işğal olunub!” şüarı yazılıb. Bu kommunistlərin qəzəbinə səbəb olub.
Toqquşan tərəfləri ayırmaq üçün əlavə polis qüvvəsi çağırılıb.
Başqa bir hadisə isə dekabrın 3-də olub. Ermənistanın Gümrü şəhərində küçə süpürən 1961-ci il təvəllüdlü qadın Cülyetta Qazaryanı Rusiyanın 102 saylı hərbi bazasının hərbçisinin döyərək öldürdüyünə dair yerli KİV məlumat yayıb. Bildirilib ki, çoxsaylı bədən xəsarətləri, qapalı kəllə-beyin, qapalı döş boşluğu travmaları ilə xəstəxanaya aparılıb. Ancaq həkimlər 57 yaşlı qadını xilas edə bilməyiblər. Cületta Qazaryan xəstəxanada ölüb.
Şirak bölgəsinin prokuroru Karen Qabrielyan bu hadisənin nə təsdiq, nə də inkar edib.
Rusiyanın Yerevandakı səfirliyi isə hərbçisinin hadisədə iştirak etmədiyini bildirib.
Baş verən hadisələrdən belə görünür ki, Nikol Paşinyan və tərəfdarlarının Rusiyaya qarşı davranışı və çıxışları müsbət nəticə vermir. Əksinə, keçirlən bütün aksiyalar və çıxışları uğursuzluq müşaiyət edir. Paşinyançıları oyuna salanlar isə Ermənistanda hələ də zəifdirlər. Nikol Paşinyanın ermənsayaq hiyləgər və saxta gülüşü də rəsmi Yerevana etimadı çətin qaytara. Son 9-10 ay ərzində bu ölkədə baş verənlər fonunda Moskva özünə münasibəti gördü. Ermənistan cəmiyyətinə, bütövlıükdə ermənilərə çəkdiyi zəhmətin, qoyduğu sərmayənin bəhrəsinin belə olacağını yəqin heç gözləmirdi.
Görünür, 200 ildir Rusiya bu etnik qrupu hələ də tanıya bilməyib. Nikol Paşinyan və himayədarları bu baxımdan Kremli silkələdi. Elə son toplantılarda Ermənistanın birinci şəxsinə münasibət bunun göstərcisi sayıla bilər. Onun gülüşü ilə Moskvanı əmin sala bilməyəcək. Başqa sözlə, Kreml Paşinaynın gülüşünə inanmayacaq. O, istifadə üçün Rusiyaya hələ yararlı deyil.