“Report”: Dünya bazarında nefti ucuzlaşdıran amillər - ANALİTİKA

“Report”: Dünya bazarında nefti ucuzlaşdıran amillər - ANALİTİKA Qiymətləri azaldan təkcə OPEC-in son qərarı deyil
Analitika
18 İyul , 2018 16:02
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ Dünya bazarında neft ucuzlaşmaqdadır.

“Report”un analitik qrupu bildirir ki, iyulun ilk 10 günlüyündə 1 barelinin qiyməti 77-80 ABŞ dolları civarında dəyişən “Brent” markalı “qara qızıl” hazırda 71-72 dollara realizə edilir.

Bazar iştirakçıları qiymət azalmasının davam edəcəyi qənaətindədir. Onlar buna səbəb kimi neft bazarındakı tələblə təklif arasında fərqin azalmasını göstərirlər. Bu isə aşağıdakı amillərlə bağlıdır:

- Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) iyunun 22-də keçirilmiş son iclasında gündəlik neft hasilatının həcminin 1 mln. barel artırılmasına qərar verilib. Bundan sonra Səudiyyə Ərəbistanı və Rusiya hasilatı kəskin artırıblar. OPEC artıq hər ölkə üçün istehsal kvotası qoymadığından, əksinə, bütün ölkələr üçün məcmu kvota müəyyən etdiyindən adı çəkilən ölkələrin hasilatı bir qədər də artıracaqları gözlənilir;

- Nigeriyada neft hasilatının həcmi artır. Çünki Britaniya-Niderland birgə müəssisəsi – “Shell” fors major vəziyyətlə əlaqədar istismarını dayandırdığı neft yataqlarından birini yenidən istehsalata qaytarıb. Bununla da Afrika ölkəsinin gündəlik neft hasilatında 200-250 min barel artım gözlənilir;

- Çinin neftə tələbatı azalır. Buna səbəb ölkənin ABŞ-la apardığı ticarət müharibəsidir. Son nəticədə ötən ay Çin neft idxalını, təxminən, 5% azaldıb;

- Neft ticarəti ilə məşğul olan qlobal fond – “Vitol” fəaliyyət istiqamətini dəyişərək külək enerjisinə investisiya qoymağa başlayıb. Bu, neft bazarında narahatlıq yaradır;

- ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsi ehtimalı azalıb. Bu, İrana neft hasilatını azaltmamağa imkan verir;

- Kanada və Liviyanın neft hasilatını artıracaqları gözlənilir. 

Son xəbərlər

Orphus sistemi