Proqnoz: ABŞ-ın Venesuelaya qarşı yeni sanksiyaları nefti ucuzlaşmağa qoymayacaq

Proqnoz: ABŞ-ın Venesuelaya qarşı yeni sanksiyaları nefti ucuzlaşmağa qoymayacaq Qiymətlər 54-73 dollar/barel arasında dəyişəcək
Analitika
5 Mart , 2018 11:10
Proqnoz: ABŞ-ın Venesuelaya qarşı yeni sanksiyaları nefti ucuzlaşmağa qoymayacaq

Bakı. 5 mart. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuelaya qarşı yeni sanksiyalar paketinin hazırlandığını açıqlayıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, paketi Venesuelanın dövlət neft şirkəti PDVSA-a qarşı cəzalar və bu ölkədən idxal olunan neftə məhdudiyyətlər yer ala bilər.

ABŞ-da sanksiyalarla bağlı açıqlamaların məhz indiki dövrdə verilməsi təsadüfi deyil. Mayın 20-də Venesuelada prezident seçkiləri keçiriləcək.

Analitiklərin fikrincə, sanksiyaların yüngül forması bir sıra hökumət rəsmilərinin ABŞ-a buraxılmaması, ağır forması isə ABŞ-dan Venesuelaya yüngül neftin və qarışdırıcıların ixracının məhdudlaşdırılması ola bilər.  Qeyd edək ki, ABŞ Venesuelaya bu ölkənin ağır nefti ilə qarışdırmaq üçün məhsullar ixrac edir.

"Reuters"ə müsahibə verən ABŞ məmurlarından biri bildirib ki, sanksiyalar çoxpilləli ola bilər: "Onların bəziləri seçkilərə qədər, bəziləri isə seçkilərdən sonra tətbiq oluna bilər. Hər bir halda sanksiyalar Venesuelanın neft sektoruna ağır zərbə vuracaq. Qısamüddətli perspektivdə neft bazarında şok yaşana bilər". 

Böyük Britaniyanın "Barclays" bankının proqnozlarına görə, bu il Venesuelada orta gündəlik neft hasilatının həcmi illik müqayisədə 750 min barel və yaxud 34,4% azalaraq 1,43 mln. barelə düşəcək. 

"Report"un analitik qrupu Venesuelaya tətbiq olunması gözlənilən sanksiyalar fonunda dünya bazarında neftin qiymətinin qısa və ortamüddətli perspektivdə yüksək qalmağa davam edəcəyini ehtimal edir. Bu il əmtəə birjalarında "Brent" markalı neftin hər barelinin 54-73 dollar arasında dəyişəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi