Ermənistanda antirusiya ovqatı - Paşinyanın Moskvaya səfər şousu - ŞƏRH

Ermənistanda antirusiya ovqatı - Paşinyanın Moskvaya səfər şousu - ŞƏRH Bu şounun nəticəsindən Kremlin Yerevanda kadr dəyişikliyi edəcəyini gözləmək olar
Analitika
7 Sentyabr , 2018 14:25
Ermənistanda antirusiya ovqatı - Paşinyanın Moskvaya səfər şousu - ŞƏRH

Bakı. 7 sentyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin sentyabrın 8-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edəcək.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun təbirincə desək, “çox açıq və ciddi görüşün keçəcəyi gözlənilir”.

Belə çıxır ki, indiyədək Rusiya və Ermənistanın dövlət başçıları arasında ciddi görüş olmayıb. Başqa sözlə, Ermənistan rəhbərliyi Moskvadan tapşırıq alaraq, onu icra edib.

Bu görüş müəyyən mənada şou xarakteri də daşıyır. Çünki tarixi, siyasi, mədəni, hərbi, iqtisadi, ərazi və s. baxımlardan Ermənistan Rusiyanındır və Moskvaya ömürlük minnətdar olmalıdır. Ermənistanın Rusiyaya qarşı çıxması “bir stəkan suda fırtınaya” bənzəyir. Ona görə də rəsmi Yerevanın, erməni şərhçiləri və təhlilçilərin özündən razı bəyanatları “görüşün ciddi” və gərgin keçəcəyi məsələsinin üzərinə kölgə salır.

Görüşqabağı şounu isə erməni şərhçilərin təhlilləri bəzəyir.

Həmin yanaşmaların bəzilərinə diqqət yetirək.

Ermənistan Politoloqları Assosiasiyasının sədri Amayak Ovannisyanın qənaətincə ölkəsində çoxları Rusiyaya münasibətdə reallıq hissini itirib: “Rusiya istəyir ki, Ermənistanda antirusiya ovqatı güclənsin. Onlar öz xalqını “ermənilər satqındır”, “onlar bizə arxadan zərbə vurur”, “onlar rusafobdur” – ifadələri ilə əmin etmək istəyir. Bu kimi səbəbdən də Azərbaycanla dostluq etməyin vacibliyini Rusiya cəmiyyətinə inandırmağa çalışırlar. Əlbəttə, onlar Azərbaycanın varlı oldğunu, arxasında Türkiyə kimi regional gücün dayandığını deməyəcəklər. Ermənilər deyil, türklərlə müttəfqilik etmək üçün Rusiya Ermənistanı qurban verir”.

Onun sözlərinə görə, Ermənistanda antirusiya təbliğatı aparanlar Rusiya prezidenti Vladimir Putinə öz xalqı qarşısında bəraət qazanmasına yardım edir.

Başqa bir yazıda isə bildirilir ki, Rusiya Prezidenti keçmiş erməni həmkarı Robert Koçaryanı telefonla təbrik etməklə Moskva-Yerevan münasibətlərini həll etmiş kimi göründü. Ancaq Xüsusi İstintaq Xidmətinin Ermənistanın ikinci prezidentinə ölkəni tərk etməyi qadağan etməsi ölkədə, Putunin dostu olsa belə “toxulumaz adamın” olmadığını təsdiqlədi: “Bu qərar Nikol Paşinyanın səfəri öncəsi qəbul edilib. Baş nazir Rusiya prezidentinə başa salmaq istəyir ki, danışıqlarda Rusiyanın şərtlərini qəbul etməyəcək”.

Erməni şərhçilərindən biri isə Rusiyanı hədələyib: “Moskva bilir ki, Ermənstan Qafqazda onun üçün yeganə dayanqlı platformdadır. Ermənistanı itirmək Rusiya üçün Qafqazı itirməkdir”.

Bu ölkənin təhlilçiləri 2016-cı ilin aprelində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki döyüşlərdə Rusiyanın Ermənistanı satdığını da vurğulayırlar.

“Rusiya erməni dövlətinə qarşı öz manqurtunu tapıb” başlıqlı müsahibədə politoloq Levon Şirinyan bildirib ki, “məxməri inqilab” erməni xalqı üçün azadlıq, Rusiya üçün isə ölümdür: “Rusiya Ermənistan dövlətçiliyinə qarşı işləməyə hazır olan manqurtu tapıb. Bu, kriminal element Robert Koçaryandır. O, Ermənistanda əks-inqilabı təşkil etməlidir. Rusiya bütün hallarda Ermənistan xalqının iradəsini qəbul edəcək. Mən Brüssel, Vaşinqton və Parisdəki lobbiçiləri Nikol Paşinyanı müdafiə etməyə çağırıram. Bu, Paşinyana Putinlə bərabər səviyyədə danışıqlar aparmaq üçün güc verər. Bu səbəbdən beşinci kolona tüpürüb, hadisələri seçkilərədək uzatmaq lazım deyil”.

Bu sayaq çıxış və münasibətlər son günlər çoxalıb.

2008-ci il martın 1-i hadisələri ilə bağlı istintaqı genişləndirməklə də Yerevan Moskvaya özünü göstərmək istəyir. Ölkənin hüquq-mühafizə orqanları 2008-2014-cü illərdə Ermənistanın baş naziri olmuş, hazırda Avroasiya İqtisadi İttifaqının Komissiya sədri Tiqran Sarkisyana qarşı da cinayət işi başlaya bilər. Yuri Xaçaturovdan sonra bu, Moskvanın sponsoru olduğu ikinci təşkilatın rəsmisinə qarşı cinayət işi olacaq. Qeyd edək ki, Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibidir.

Belə bir vəziyyətdə ABŞ-dan səfir səviyyəsində rəsmi Yerevana dolayı yolla dəstək verilib.

ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils martın 1-i ilə bağlı hadisələrin araşdırılmasını dəstəklədiklərini vurğulayıb. Diplomat bildirib ki, biznes mühitinin yaxşılaşdırılması üçün ABŞ Ermənistana yardım etməyə hazırdır.

Ermənistan KİV-i Rusiyanın Nikol Paşinyan hökumətinə qarşı təzyiqlər etdiyinə dair xəbərlər də yayır.

“Joxovurd” qəzeti yazıb ki, Rusiya Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryanın Ermənistandan hakimiyyətdə təmsil olunmasını istəmir: “Nikol Paşinyanın həyata keçirdiyi kadr siyasəti ciddi problemlə üzləşib. Ermənistanda hakimiyyətdə təmsil olunan bəzi məmurlar Rusiya üçün qəbuledilməzdir. Onlar illərboyu Rusiyaya, onun hakim elitasınını ünvanına təhqiredici çıxışlar edənlərdir. Belə əsas fiqurladan biri Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, o biri isə Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryandır. Rusiya onların hakimiyyətədə təmsil olunmalarının arzu etmir və bu şəxslərin vəzifədən uzaqlaşdırılmasını açıq şəkildə rəsmi Yerevanın bildirib. Rusiya həmin şəxslərə etibar etmədiyini də Ermənistanın hökumət başçısının diqqətinə çatdırıb. Rusiya həmin şəxslərin iki dövlətin maraqlarına zərər vuracağını vurğulayır. Moskva qorxur ki, hərbi-siyasi xarakterli sənədlər belə məmurların vasitəsilə ABŞ-ın əlinə keçə bilər”.

“İravnuk” adlı qəzet iddia edir ki, RF-nin elitası Yuri Xaçaturovun işi ilə bağlı Ermənistan hökumətini bağışlamayıb.

Rusiyadakı erməni iş adamlarına tapşırlıb ki, Ermənistan hökumətin bir qara qəpik belə verməsinlər. Ona görə də belə iş adamları heç bir xəbərdarlıq etmədən hökumətə vəd etikdləri sərmayə layihələrini, o cümlədən mədəni proqramları dondurublar.

“Qolos Armenii” isə Ermənistanda iqtisadi vəziyyətin pis olduğuna dair material yayıb. Məlumata görə, su çatışmazılığı səbəbindən 100 min xüsusi təsərrüfat müflis olub. Son zamanlar Nikol Paşinyanın virtual çıxışlarına maraq 80 faiz aşağı düşüb.

Məlumata görə, Ermənistan iş adamlarının İranla ticarəti inkişaf etdirməsi üzrə plan mövcuddur. İranla isə istənilən sövdələşmə barədə ABŞ-ın Ermənistandakı səfirliyinə məlumat verilməlidir. Bunu ABŞ Ermənistanın daxili işlərinə müdaxiləsi kimi dəyərləndirirlər. İnqilabdan əvvəl ABŞ-ın səfirləri Ermənistan-İran münasibətlərinə həssas yanaşırdılar.

Paşinyan hökumətinin son 4 ayda korrupsiyaya qarşı mübarəzəsi heç bir nəticə verməyib. Manvel Qriqoryan, Vaçaqan Kazaryan,Henrik Abramyan, eləcə də Samvel Aleksannyanın həbsi korrupsiyaya qarşı mübarizə ilə heç bir əlaqəsi olmadığı vurğulanır.

Ermənistanda taxılın qiyməti bahalaşır: bir tonunun qiyməti 50 dollar ola bilər.

Nikol Paşinyan belə bir şəraitdə Moskvaya səfərə yollanacaq. Yerevanın Ermənistanda antirusiya ovqatını yaratmaqda məqsədi görüşə psixoloji üstünlükdə getməyə hesablanıb. Belə ehtimal etmək olar ki, Nikol Paşinyan Rusiya prezidentinə ölkəsində antirusiya ovqatının çoxladığını çatdırmaq istəyir. Bu yolla Moskvadan əlavə güzəştələr qoparmağı hədəfləyir. Paşinyan Rusiya rəhbərliyinə çatıdmaq istəyir ki, Koçaryan və sarqsyanlara deyil, başçılıq etdiyi yeni qüvvələri “stavka” eləsin. Çünki erməni şərhçilər keçmiş bu iki prezidentin “istifadə müddətinin başa çatdığını” vurğulayırlar.

Deməli, Paşinyanın səfər zamanı yeni şəraitdə Rusiyaya xidmət etmək üçün öhdəliklər götürəcəyi də istisna olunmur. Odur ki, Nikolun Moskvaya səfəri şousunun nəticəsindən Kremlin Yerevanda kadr dəyişikliyi edəcəyini gözləmək olar. 

Son xəbərlər

Orphus sistemi