Ermənistan yalnız xain qonşu deyil, həm də barbardır. Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan bu xain qonşu Azərbaycan torpaqlarından qovulanda da cinayət əməllərindən əl çəkmir. Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma aparan Ermənistan indi həmin şəxsləri köçürməyə məcbur edilir.
İşğal altında olmuş Azərbaycan ərazilərində bütün mədəni və tarixi irsimizi məhv edən Ermənistan indi də qoşunlarını çıxartdığı ərazilərdə ekoloji cinayət törədir.
Azərbaycan tolerantlıq və multikulturalizm ünvanı kimi dünyada özünü çoxdan təsdiq edib. Bu gün də Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət humanizm ənənələrinə, milli-mədəni irsin qorunub saxlanmasına, ölkədə yaşayan bütün xalqların, etnik azlıqların hüquq və azadlıqlarının, dini etiqad azadlığının təmin olunması prinsipinə əsaslanır. Azərbaycan Konstitusiyasında bunlarla bağlı uyğun maddələr də var.
Azərbaycanda bütün dini, tarixi, mədəniyyət abidələri bərpa olunur, mühafizə edilir və xalqımızın zəngin mədəni irsinin mühüm tərkib hissəsi kimi gələcək nəsillər üçün qorunub saxlanılır.
Azərbaycanda hər kəsin vicdan azadlığına dərin hörmətlə yanaşılır, ölkədə məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar, ayrı-ayrı dini icmaların ibadət yerləri sərbəst şəkildə fəaliyyət göstərir.
Ermənilər 1988-ci ildə azərbaycanlıları Ermənistandan didərgin saldı. Sovetlər dağılandan sonra isə yaranan vəziyyətə dözməyən ruslar və rus dillilər bu ölkəni tərk etdilər. İndi ölkə əhalisi demək olar ki, yalnız ermənilərdən ibarətdir. Monoetnik dövlət olan Ermənistanda isə olub qalan az sayda etnik azlıqların, dini icmaların fəaliyyəti hər vəchlə məhdudlaşdırılır, onlar daim sıxışdılılır, hüquqları kobud şəkildə pozulur, dini hissləri tapdanır. Haqqı və vicdan azadlığı tapdanan yəzdi kürdlərdir. Ermənistan sanki onlardan girov olaraq istifadə edir. Döyüşlər zamanı yəzdiləri zorla savaşa göndərmişdilər. İnanclarına qarşı çıxıb adventistlər də döyüşməyə məcbur ediliblər. Bunu onların əsir düşən nümayəndəsi Ovseh Saakyan da təsdiqləyib.
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan topraqlarında xalqımızın milli-mədəni irsi, mədəni abidələri, məscidlər və ibadət evləri dağıdılıb, talan edilıb, hətta qəbir daşlarını belə yerindən çıxarılıb. Bu vandalizm aktları azad olunan ərazilərin video və fotogörüntülərində aydın əksini tapıb.
BBC-nin Kəlbəcərdən nümayiş etdirdiyi videomaterial və digər faktlar da sübut edir ki, ermənilər təkcə işğal olunmuş ərazilərdə milli-mədəni, dini abidələri, qəbirləri dağıtmayıb, həm də meşələri yandıraraq, su hövzələrinə zərər verməklə ekoloji fəlakət yaradırlar.
Şuşa şəhəri vaxtında Azərbaycan Ordusu tərəfindən azad edilməsəydi, ətrafdakı meşələr fosfor tərkibli silahlarla yandırılacaqdı. İşğal olunmuş ərazilərdəki 67 məscdin 63-ü ermənilər tərəfindən dağıdılıb.
Ermənistan müharibə cinayətlərinə, təbiətə, dinc əhaliyə, mülki infrastruktura vurduğu ziyana görə mütləq cavab verməli olacaq.
Erməni faşistlərinin, bu ölkənin keçmiş və indiki hərbi-siyasi rəhbərliyinin təlqin etdiyi nifrət, revanşizm ideologiyası birgə evimiz olan Cənubi Qafqazda vəziyyətin daha da gərginləşməsinə xidmət edir. Ermənistan nəhayət ki, Azərbaycana qarşı nifrət ritorikasından birdəflik imtina etməli, çoxmillətli regionumuzun sabit inkişafı, sülh şəraitində birgəyaşayışın təmin edilməsi haqqında düşünməlidir. Onların belə əməlləri nəticəsində Azərbaycana Rusiya sülhməramlıları yeridildi. Həmin qoşun daha çox ermənilərin cinayət əməlləri törətməsinə mane olacaq. Bütün hallarda Ermənistanın işğalçılığı region və beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır.