Ekspertlər: Qarabağ məsələsində Rusiyanın fəallığı təşəbbüsü yad əllərə verməmək istəyi ilə bağlıdır - ŞƏRH

Ekspertlər: Qarabağ məsələsində Rusiyanın fəallığı təşəbbüsü yad əllərə verməmək istəyi ilə bağlıdır - ŞƏRH Mixail Neyjmakov: Ən optimist müşahidəçiləri noyabrda Qarabağ problemi üzrə ciddi diplomatik fəallıq çaşdırıb
Analitika
23 Noyabr , 2017 12:49
Ekspertlər: Qarabağ məsələsində Rusiyanın fəallığı təşəbbüsü yad əllərə verməmək istəyi ilə bağlıdır - ŞƏRH
Report/ Elshan Baba

Moskva. 23 noyabr. REPORT.AZ/ Ekspertlərin fikrincə, Yerevanın Avropa İttifaqı (Aİ) lə saziş imzalamaq niyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində Ermənistanın rəsmi Moskvaya təsir aləti ola bilməz.

"Çoxları Sergey Lavrovun regiona səfərinə böyük ümidlər bağlayırdı. Buna baxmayaraq, bu səfər zamanı nəinki Rusiya xarici işlər nazirinin bəyanatları, həm də digər maraqlı oyunçuların bu turnedən əvvəlki atmacaları göstərir ki, maraqlı dövlətlərin nümayəndələri Qarabağ məsələsində yüksək gözləntilər yaratmaq istəmirlər."

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Rusiya Siyasi və İqtisadi Əlaqələr Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov bildirib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "cənab Putin Dağlıq Qarabağ münaqişəsi üzrə irəliləyişlərə ümidlər bəsləmədiyi" barədə bəyanatı xatırladıb.

Analitik ehtimal edir ki, ən optimist müşahidəçiləri noyabrda Qarabağ problemi üzrə ciddi diplomatik fəallıq çaşdırıb.

Onun sözlərinə görə, intensiv diplomatik təmaslar heç də həmişə sürətli nəticə demək deyil: "Çox vaxt bu cür fəallıq diplomatların və dövlət başçılarının digər xarici siyasət oyunçularına təşəbbüsü verməmək istəyindən irəli gəlir."

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev də öz növbəsində deyib ki,  xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm addımdır.

O "Report"a bildirib ki, səfər zamanı müzakirə olunan əsas məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli idi: "Əminəm ki, yaxın vaxtlarda proses "ölü nöqtə"dən tərpənəcək və mən çox ümid edirəm ki, münaqişə beynəlxalq hüquqa uyğun olaraq, nəhayət, sülh yolu ilə həll olunacaq."

Son xəbərlər

Orphus sistemi