Avtomobil bazarında qiymətlər baha olaraq qalır - VİDEOREPORTAJ

Avtomobil bazarında qiymətlər baha olaraq qalır - VİDEOREPORTAJ Azərbaycanda avtomobil bazarında durğunluq davam edir.
Analitika
150
3 Sentyabr , 2019 14:19
Avtomobil bazarında qiymətlər baha olaraq qalır  - VİDEOREPORTAJ
Report/Elchin Murad

Azərbaycanda avtomobil bazarında durğunluq davam edir.

Bu, "Report"un Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub.

Bazara gələn alıcılar qiymətlərin bahalığından, büdcələrinə uyğun avtomobil tapmaqda çətinlik çəkməklərindən şikayət edirlər. 

Satıcılar bildirirlər ki, son ayda avtomobil bazarında əhəmiyyətli qiymət dəyişikliyi müşahidə olunmayıb.

Qeyd edək ki, Badamdar avtomobil bazarında Rusiya istehsalı olan maşınlar azlıq təşkil edir. Satışa çıxarılan avtomobillər əsasən "Mercedes", "KIA", "Chevrolet" modelləridir. Satıcıların sözlərinə əsasən, alıcılar yanacağın növünə görə dizellə işləyən, qiymətinə görə isə satış qiyməti 10-12 min manata qədər olan avtomobillərə üstünlük verirlər. 

Video: Elçin Murad

Son xəbərlər

Orphus sistemi