TÜRKPA-nın yeni Baş katibi səlahiyyətlərinin icrasına başlayıb

Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi kimi səlahiyyətlərinin icrasına başlayıb.

"Report" xəbər verir ki, bununla bağlı TÜRKPA-nın Baş Ofisində iclas keçirilib.

İclas çərçivəsində Baş katib səlahiyyətləri keçmiş Baş katib Mehmet Süreyya Erden yeni seçilmiş Baş katib Ramil Həsənə təhvil verilib.

Rəsmi mərasimdə TÜRKPA-nın bayrağının təhvil verilməsi prosesi həyata keçirilib.

Digər xəbərlər