Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində Antalyada Efiopiyanın xarici işlər naziri, COP32-nin gələcək prezidenti Gedion Timothevosla görüşüb.

"Report" xəbər verir ki, Muxtar Babayev bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, görüş zamanı COP32-nin prioritetləri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanın COP29-a ev sahibliyi təcrübəsi və Bakı şəhərində konsensusun əldə olunması istiqamətində görülən işlər barədə məlumat verilib.

Tərəflər, həmçinin Bakı şəhərində razılaşdırılmış nəticələrin davam etdirilməsi və həyata keçirilməsinə dəstək məqsədilə komandalar arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, Efiopiya 2027-ci ildə COP32-yə ev sahibliyi edəcək.

Digər xəbərlər