Azərbaycan və Böyük Britaniya arasındakı strateji tərəfdaşlıq iqtisadi artıma, təhlükəsizliyin möhkəmləndirilməsinə və innovasiyaların inkişafına töhfə verəcək.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında bildirib.
"Böyük Britaniya və Azərbaycan arasındakı münasibətlərdə tarixi bir mərhələ olan strateji tərəfdaşlığımızın yaradılmasının elan edilməsindən cəmi bir neçə gün sonra burada sizinlə olmaq mənim üçün böyük şərəfdir. Çoxillik dostluğumuzun möhkəm təməlinə əsaslanaraq, bu tərəfdaşlıq həm Azərbaycan, həm də Britaniya vətəndaşlarına nəzərəçarpacaq fayda gətirərək iqtisadi artıma, təhlükəsizliyin möhkəmləndirilməsinə və innovasiyaların inkişafına töhfə verəcək", - diplomat qeyd edib.