ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər

ABŞ Senatı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi proqramlarına 265 milyon dollar ayrılmasını tövsiyə edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Senatının saytında dərc olunan 2027-ci maliyyə ili üçün Dövlət Departamentinin maliyyələşdirilməsi haqqında qanun layihəsinə dair izahat qeydində bildirilib.

Qeyd olunub ki, Senatın Təxsisatlar Komitəsi Anqola, Azərbaycan, Kamboca, Laos, Şri-Lanka, Ukrayna, Vyetnam, Zimbabve, eləcə də Sakit okean regionunun ada dövlətlərində adi silahların məhv edilməsi, minatəmizləmə və ərazilərin partlamamış hərbi sursatlardan təmizlənməsi proqramlarına azı 265 milyon dollar ayrılmasını tövsiyə edib.

Digər xəbərlər