Böyük Britaniya səfiri 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib

Bakı. 20 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts 20 Yanvar faciəsi qurbanlarının xatirəsini Şəhidlər xiyabanında yad edib.

Bu barədə "Report" Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir.

Səfir həmçinin faciə qurbanlarının ailələrinə, yaxınlarına və Azərbaycan xalqına başsağlığı verib.

Digər xəbərlər