Bakı. 11 iyun. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) ASC Bakı-Berlin-Bakı marşrutu üzrə uçuşların qiymətinin 399 avroya qədər azaldılması ilə bağlı keçirdiyi aksiyanın müddətini uzadıb.
"Report"un AZAL-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, kampaniya avqustun 15-dək davam edəcək.
Maksimum qalma müddəti 1 ay olan səfər üçün alınan biletlərin qaytarılması və dəyişdirilməsinə icazə verilmir.