Azərbaycanın azad edilmiş ərazilərində sağlamlıq turizmi ilə məşğul olan hotellər fəaliyyətə başlayacaq.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov jurnalistlərə açıqlamasında bildirib.
Şöbə müdiri azad edilmiş ərazilərdə və Bakıda sağlamlıq turizmi üzrə görünən işləri qeyd edib: "Məhz sağlamlıq turizmi fəaliyyəti ilə məşğul olacaq müxtəlif hotellərin artıq tikintisinə başlanılıb və növbəti illərdə onların açılış olacaq. Kəlbəcər və Zəngilanda bu cür hotellər fəaliyyətə başlayır. Eyni zamanda Bakıda da gələcəkdə tibbi turizmlə məşğul olan xəstəxanaların cəmləşdiyi bir ərazi formalaşdırılacaq. Yəni bu istiqamətdə addımlar atılmaqda davam edir. Bu, bir günün prosesi deyil. Burada həm yerli, həm də xarici tərəfdaşlarla birgə əməkdaşlıq tələb olunur".