Azərbaycanla İran arasında yeni aviareys açılacaq

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan və İran turizm sahəsində mövcud əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətindədir. Belə ki, bu məqsədlə Urmiya-Qəbələ marşrutu ilə yeni aviareysin açılması nəzərdə tutulub. 

"Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, bu marşrut üzrə uçuşlara tezliklə başlanılması planlaşdırılır. 

Qeyd edək ki, hazırda İranla Azərbaycan arasında Bakı-Tehran- Bakı və Bakı-Təbriz-Bakı istiqamətində aviareyslər yerinə yetirilir.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00