Ramin Məmmədov İmişlidə vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İmişlidə vətəndaş qəbulu keçirəcək.

Bu barədə "Report"a Dini Komitədən məlumat verilib.

Bildirilib ki, qəbul dekabrın 2-si saat 11:00-da baş tutacaq və Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək.

Dini Komitə sədrinin qəbulu İmişli rayon Heydər Əliyev Mərkəzində (ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi, 2) keçiriləcək.

Eyni zamanda vurğulanıb ki, qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinə (050) 562 72 32, (021) 246 62 99, chairman@scara.gov.az, dk-imishli@scara.gov.az) müraciət edə bilərlər.

Digər xəbərlər