Bu ilin ilk 10 ayında "Məktəblinin dostu" layihəsi çərçivəsində fəaliyyət göstərən əməkdaşlar tərəfindən 92 məişət zorakılığı halı aşkarlanıb, 4 şagird sığınacağa yerləşdirilib
"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasına həsr olunmuş konfransda deyib.
Onun sözlərinə görə, həmin hallar barədə Uşaqların Müdafiəsi İdarəsinə məlumat verilib:
"Hər bir hal araşdırıldıqda məlum olub ki, 42-si davamlı və daha ciddi məsələdir. Baş verən bütün bu hadisələrlə bağlı müvafiq təşkilatlara müraciət edilib və məişət zorakılığı ilə əlaqədar olaraq 4 şagird sığınacaq mərkəzinə yerləşdirilib".