2026-cı ilin 10 ayında məişət zorakılığı zəminində 23 qadın həyatını itirib.
"Report" xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Kamran Ağayev "Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq" kampaniyasına həsr olunmuş konfransda deyib.
O bildirib ki, cari ildə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində ölən qadınların sayı ötən illə müqayisədə azdır:
"2025-ci ildə ölkədə məişət zorakılığı ilə bağlı 1403 zərərçəkmiş qeydə alınıb, onlardan 40-ı ölüb. 2026-cı ilin 10 ayında isə 1123 zərərçəkmiş qeydə alınıb, onlardan 931-i qadın olub, 23 qadın isə həyatını itirib".