Bu il 900 minə yaxın vətəndaş DOST mərkəzlərinə müraciət edib

2026-cı ildə 900 minə yaxın vətəndaş DOST mərkəzlərinə müraciət edib.

"Report" xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Aygün Musayeva mərkəzin beş milyonuncu müraciətçisinin qeydə alınması ilə bağlı keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, DOST mərkəzlərinə gün ərzində ümumilikdə 4 500-ə yaxın vətəndaş müraciət edir:

"Vətəndaşların müraciətləri əsasında onlara qısa müddətdə xidmət göstərilməsi, xidmət almaq üçün gözləmə müddətinin az olması onların DOST mərkəzlərindən məmnun ayrılmasına səbəb olur. Bundan sonra da əsas hədəfimiz xidmət şəbəkəmizi genişləndirməklə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsini davam etdirməkdir".

Aygün Musayeva Azərbaycanda 8 DOST mərkəzinin fəaliyyət göstərdiyini xatırladıb:

"Onlardan 5-i Bakıda yerləşir. Digər 3 böyük mərkəz isə regionlarda, o cümlədən Abşeronda, Bərdədə və Naxçıvanda fəaliyyət göstərir. Eyni zamanda, Neftçala, Tərtər və Yevlaxda xidmət məntəqələrimiz var. Bu da DOST mərkəzləri tərəfindən göstərilən xidmətlərin vətəndaşlar üçün əlçatanlığını təmin edir".

Digər xəbərlər