Bakı. 5 mart. REPORT.AZ/ Ötən il “ASAN kommunal” mərkəzlərində 709 820, bütün fəaliyyət dövrü ərzində isə 926 647 müraciət qeydə alınıb.
”Report”un xəbərinə görə, Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında bildirilir ki, “ASAN kommunal” mərkəzlərində qeydə alınmış müraciətlərin 92,1 faizi xidmətlə təmin edilib.
Eyni zamanda imtina hallarının həcmi isə 0,4 faiz təşkil edib.