Mübariz Qurbanlı Xaçmazda vətəndaşları qəbul edəcək

Bakı. 24 avqust. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri  Mübariz Qurbanlı avqustun 28-də Xaçmazda şəhərində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinlərini qəbul edəcək. 

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, qəbul saat 11:00-da Xaçmaz rayon Tarix-Diyarşünaslıq muzeyində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur. 

Digər xəbərlər