Bakı. 5 mart. REPORT.AZ/ Nazirlər Kabineti "Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətinin göstərilməsi Qaydası"nı təsdiqləyib.
"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərara əsasən “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli qanununun tətbiqi barədə“ Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə “Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətinin göstərilməsi Qaydası” təsdiq olunub.