“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
"Report"un məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:
| Sıra №-si | Vəzifələrin adı | Aylıq vəzifə maaşı (manatla) |
| 1. | Direktor | 1540 |
| 2. | Direktorun müavini | 1230 |
| 3. | Şöbə müdiri, kompüter mərkəzinin müdiri, redaksiya müdiri, baş mühasib | 900 |
| 4. | Şöbə müdirinin müavini, kompüter mərkəzi müdirinin müavini, redaksiya müdirinin müavini, baş mühasibin müavini | 760 |
| 5. | Ümumi şöbənin müdiri, kitabxana müdiri | 500 |
| 6. | Böyük elmi redaktor, iqtisadçı, mühasib | 445 |
| 7. | Elmi redaktor | 400 |
| 8. | Kiçik redaktor, komendant, mütəxəssis | 370 |
| 9. | Avtomobil sürücüsü | 320 |
| 10. | Arxivçi | 295 |
| 11. | Yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət | 260 |
Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.