Dövlət Komitəsinin sədri: "Azərbaycanda yeni sığınacaqların yaradılmasına ehtiyac var"

"Azərbaycanda sığınacaqların sayı kifayət qədər deyil. Lakin bu o demək deyil ki, hər bölgədə sığınacaq olmalıdır".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Dövlət Komitəsi bu kimi məsələlərin sığınacağa düşənə qədər həll edilməsinə çalışır: "Həmçinin əsas məsələlərdən biri də sığınacaqlardakı xidmətin səviyyəsinin qaldırılmasıdır. Eyni zamanda, müəyyən sayda yeni sığınacaqların yaradılmasına ehtiyac var".

Digər xəbərlər