Cəlilabadda boşanmaların sayı artıb

Cəlilabad rayonunda ötən illə müqayisədə boşanma hallarının sayı artıb.

“Report”un Muğan bürosu xəbər verir ki, cari ilin yanvar-avqust aylarında rəsmi orqanlar tərəfindən 495 nikah bağlanıb və 155 boşanma faktı qeydə alınıb.

Ötən ilin müvafiq dövründə isə 503 nikah bağlanıb və 140 boşanma faktı qeydə alınıb.

Digər xəbərlər

Naxçıvanda əhalinin sayı artıb 13 avqust, 2026 / 14:36