Əhliman Əmiraslanov: Onkoloji xəstəliklərin də icbari tibbi sığorta ilə qarşılanması son dərəcə vacibdir

Ən çox tələfat verən iki patologiyadan biri olan onkoloji xəstəliklərin də icbari tibbi sığorta ilə qarşılanması son dərəcə vacibdir.

Növbəti ildə böyük oynaqların transplantasiyasına qoyulmuş limitin ləğvi və süni ilik transplantasiyası limitinin 20-dən 50-yə qaldırılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, son iki ildə icbari tibbi sığorta sayəsində görülən ən əhəmiyyətli işlərdən biri səhiyyə üzrə dövlət proqramlarının icbari tibbi sığorta ilə qarşılanmasıdır:

"Bildiyiniz kimi, bu proqramlar səhiyyənin kifayət qədər ağır sahələrini əhatə edir. Təqdirəlayiq haldır ki, növbəti ildə böyük oynaqların transplantasiyasına qoyulmuş limitin ləğvi və süni ilik transplantasiyası limitinin 20-dən 50-yə qaldırılması nəzərdə tutulur. Növbəti ildən çox az sayda səhiyyə üzrə dövlət proqramları qalacaq ki, onlar icbari tibbi sığorta ilə əhatə olunmasın. Onlardan biri onkologiya proqramıdır. Mən istərdim qeyd edim ki, əhali arasında ən çox tələfat verən iki patologiyadan biri olan onkoloji xəstəliklərin də icbari tibbi sığorta ilə qarşılanması son dərəcə vacibdir".

Digər xəbərlər