Bu gün Xətai Tibb Mərkəzində Göz Xəstəlikləri və Cərrahiyyəsi Şöbəsi fəaliyyətə başlayır

Bu gün Xətai Tibb Mərkəzində Göz Xəstəlikləri və Cərrahiyyəsi Şöbəsi fəaliyyətə başlayır.

"Report" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən İcraçı direktorun müavini Bahadur Rzayev Xətai Tibb Mərkəzində yeni Göz xəstəlikləri və cərrahiyyə şöbəsinin açılışı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, şöbənin müasir tibbi texnologiyalar tələb edən və mürəkkəb oftalmoloji cərrahi xidmətləri təmin etməsi, əhali üçün bu xidmətlərin əlçatanlığının təmin olunması və eləcə də keyfiyyətli, müasir tibbi xidmət spektrinin genişləndirilməsi istiqamətində atılmış vacib bir addımdır:

"Yerli və beynəlxalq təcrübəsi olan, müasir tibbi avadanlıqları, texnologiyaları bilən və onlarla işləməyi bacaran kadr təminatının həyata keçirilməsi və kadrların bizim müəssisələrimizə cəlb olunması əsas hədəflərimizdəndir. Şöbə artıq bu gündən etibarən vətəndaşlarımıza geniş spektrdə mürəkkəb tibbi və cərrahi xidmətlər təmin edəcək".

Digər xəbərlər