Ali Rada Ukrayna Silahlı Qüvvələri daxilində Kosmik Qüvvələrin yaradılması haqqında qanun qəbul edib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, ölkə parlamenti sənədi noyabrın 9-da keçirilən iclasda qəbul edib.
Qanun Rusiya ordusunun "Oreşnik" raketi də daxil olmaqla, raket təhdidlərinə qarşı mübarizə, öz hərbi peykləri - kəşfiyyat, Rusiya qoşunlarının müşahidəsi və orbitdən məlumatların əldə edilməsi üçün imkanlar, Silahlı Qüvvələrin yeni bir qolu - Kosmik Qüvvələrin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri ilə eyni səviyyədə yerləşdirilməsi təklifini əhatə edir.