Tokayev Yaponiyada 3,7 milyard dollarlıq sazişlərə imza atacaq

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Yaponiyaya rəsmi səfəri çərçivəsində ümumi məbləği 3,7 milyard dollardan çox olan kommersiya sazişlərinin imzalanması planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay öz teleqram kanalında məlumat verib.

"Prezidentin Tokioda iri yapon biznesinin nümayəndələri ilə görüşü gözlənilir. Ümumilikdə, 40-dan çox sənədin imzalanması planlaşdırılır", - deyə o yazıb.

Qeyd olunub ki, əsas sazişlər energetika, bərpa olunan enerji mənbələri, rəqəmsallaşdırma, mədən sənayesi və nəqliyyat kimi sahələri əhatə edəcək.

Digər xəbərlər

Gürcüstanda zəlzələ olub 18 dekabr, 2025 / 14:08
Paşinyan Rusiyaya səfər edəcək 18 dekabr, 2025 / 13:53